Siyasət

Gəncə, Kiyev…. – Raket atəşləri Qərbin riyakarlıq pərdəsini qaldırır – ŞƏRH + FOTO

Sharing is caring!

Rusiya-Ukrayna müharibəsi oktyabrın 10-da Rusiyanın şiddətli raket atəşləri ilə yadda qaldı. Ukraynanın paytaxt Kiyev də daxil olmaqla, bir sıra iri şəhərləri raket zərbələrinə tuş gəldi.

Azərbaycanın da 44 günlük Vətən müharibəsində mülki infrastrukturuna, şəhərlərinə Ermənistan tərəfindən böyük dağıdıcı gücə malik olan raketlər atılırdı.

Gəncə, Bərdə, Mingəçevirə atılan raketlər Ermənistanın xislətini ortaya qoyurdu. Rusiyanın Ukraynaya hücumları da bizi Vətən müharibəsində yaşadığımız o günlərə apardı. Burada istər-istəməz müqayisə aparmaq üçün çoxlu faktlar yada düşür.

Azərbaycan da, Ukrayna da raket zərbələrindən əziyyət çəkir, lakin hadisələrə beynəlxalq aləmin münasibəti fərqlidir.

Azərbaycan adı gələndə susqunluq müşahidə olunurdu, ya da ümumi ifadələrlə guya təcavüzkar pislənilirdi. Halbuki bəyanatlarda müəyyən etmək olmurdu ki, kim təcavüzkardır, kim təcavüzə məruz qalan! 30 il müddətində adət etdiyimiz ab-hava Vətən müharibəsində də davamını gətirdi, Qərb Ermənistanı nə pislədi, nə də ona sanksiya tətbiq etmək barədə fikirləşdi.

Ermənistanın Rusiyanın əlaltısı, forpostu olmasına baxmayaraq, Qərb ona isti münasibətini əsirgəmədi və bu, indi də davam etməkdədir.

Təcavüzə məruz qalan tərəflərə münasibətdə ikili standartlarla yanaşma Ukraynadakı müharibədə özünü bir daha aydın göstərir.

İnsan ölümü faciədir, raket atəşləri dəhşətli mənzərə ortaya çıxarır, Ukrayna xalqının dərdini yaxşı başa düşürük, amma birini görüb, digərini görməyən Qərbi anlamaq çətindir.

Bu gün həmin dairələr Azərbaycan öz haqlı mövqeyini qoruyub sərhədlərini mühafizə edərkən onu təcavüzkar kimi qələmə verirlər.

Bu, həmin ikiüzlü dairələrdir ki, Ermənistanın adını bir dəfə də olsun təcavüzkar siyahısına salmayıb və İrəvana təriflər yağdırıb.

Bu da sizə ikiüzlülük, riyakarlıq və mənəvi prinsiplərin aşınmasının bariz göstəricisi…

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir