MARAQLI

İkibaşlı donuzburunlu ilan doğulub: Başlardan biri yeyir, o biri çeynəyir – VİDEO

Sharing is caring!


İngiltərədəki “Exeter Exotics” zoomağazasında donuzburunlu ikibaşlı ilan doğulub.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Bildirilir ki, artıq beşhəftəlik olan ikibaşlı sürünən yeməyin dadına baxır və inkişafı yaxşı gedir.

Məlumata görə, başlardan biri təklif olunan sardinaları iştaha ilə yeyir. İkincisi də yeməyə maraq göstərir, lakin daha dar boğaz var, buna görə də yalnız kiçik parçaları uda bilər.

“Sağ baş yemək yeyəndə sol baş çeynəmə hərəkətləri edir. Qəribə görünür”, – deyə zoomağazadan bildirilib.

Qeyd edək ki, donuzburunlu ilan, Kanadanın cənub-qərbində, ABŞ-nin qərb ştatlarında və Meksikanın şimal-qərbində yaşayan zəhərsiz ilandır.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir