Dünya

Tayvanda ard-arda qasırğalar: 78 nəfər zərər görüb – FOTO/VİDEO

Sharing is caring!


Tayvanda “Haikui” qasırğası nəticəsində 78 nəfər zərər çəkib.

Adanın administrasiyasının məlumatına əsasən, ölənlər barədə hələ ki bir məlumat daxil olmayıb.

Bildirilir ki, pis hava şəraiti ilə bağlı ən çox xəsarət alanlar adanın cənubundakı ərazilərdə yaşayanlardır – Qaosyun şəhərində 23, Taitunq əyalətində 20 nəfər tibbi yardım üçün müraciət edib.

Xilasedicilər dağlıq və sahilyanı ərazilərdən, həmçinin digər təhlükəli bölgələrdən 7,1 min nəfəri təxliyə ediblər. Ümumilikdə adada 95 müvəqqəti sığınacaq qurulub. Hazırda orada 1,9 min nəfər məskunlaşdırılıb.

Qeyd edək ki, ötən həftənin əvvəlində Tayvanın cənubunu “Saola” superqasırğası da vurub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir