İdman

Çempion “Napoli” “İnter”ə xal vermədi – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasının 36-cı turunda çempion “Napoli” “İnter”i qəbul edib.

Oxu.Az xəbər verir ki, görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:1.

“Napoli”nin qollarını Zambo Anqissa, Covanni Di Lorentso və Canluka Qaetano vurublar. “İnter”in təsəlli qoluna Romelu Lukaku imza atıb.

Milan təmsilçisi 41-ci dəqiqədən etibarən 10 nəfərlə mübarizə aparıb. Roberto Qalyardini ikinci sarı vərəqədən “qırmızı” alaraq meydandan qovulub.

Qələbə sayəsində “Napoli” xalını 86-ya çatdırıb. “İnter” 66 xalla üçüncüdür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir