Dünya

Nikol Paşinyan Şarl Mişellə təkbətək görüşüb – YENİLƏNİB

Sharing is caring!

Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş keçirilib.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə təkbətək görüş keçirib”, – məlumatda deyilir.

 

19:55

Brüsseldə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü başlayıb.

Əvvəlcə Şarl Mişel Nikol Paşinyanı qarşılayıb. Daha sonra onlar birgə foto çəkdiriblər.

Qeyd edək ki, artıq Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir