MARAQLI

Amerikalı müğənni Britni Spirs görünüşü ilə təəccübləndirdi – FOTO

Sharing is caring!


Amerikalı müğənni Britni Spirsin əri Sem Əsgəri ilə boşanma xəbərlərindən sonra ilk dəfə ictimaiyyət arasına çıxıb.

O, Kaliforniyadakı “Dave’s Hot Chicken” restoranından çıxarkən görüntülənib.

41 yaşlı müğənni ağ çiyinli çəhrayı sviter və qısa cins şortda olub.

Hadisə şahidlərinin dediyinə görə, iki cangüdəninin müşayiəti ilə müəssisədən çıxan ulduz pərişan və kədərli görünüb.

Xatırladaq ki, avqustun 16-da Britni Spirsin bir ildir evli olduğu Sem Əsgəri ilə boşandığı barədə xəbərlər yayıldı. Jurnalistlərin sözlərinə görə, bir həftə əvvəl Əsgəri həyat yoldaşının xəyanəti ilə bağlı şayiələrə görə onunla bərk dava edib, sonra onların ümumi evindən köçüb və boşanmaq üçün məhkəməyə müraciət edib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir