MARAQLI

Ancelina Colinin xarici görünüşü müzakirələrə səbəb oldu – FOTO

Sharing is caring!


Amerikalı aktrisa və rejissor Ancelina Colinin yeni fotoları sosial şəbəkələrdə çoxsaylı müzakirələrə səbəb olub.

48 yaşlı aktrisanın fotoları ABŞ-nin Nyu-York şəhərindəki Soho bölgəsində çəkilib. Ulduz 19 yaşlı oğlu Paksla alış-verişə gedərək vaxt keçirib. Onun əynində hündür belli şalvar, krujeva dekolteli atlaz top və pencəkdən ibarət monoxrom qara geyim olub.

İstifadəçilər şərhlərdə Colinin geyimini tənqid ediblər.

“Daha bir nənə paltarı. Gözəl qadındır, amma zövqü pisdir”, “Ən darıxdırıcı geyimləri geyinir”, “Onun öz dəb brendini yaradacağına inana bilmirəm – özü həmişə zövqsüz paltar və rəng seçir”, “Niyə həmişə yasdadır?”, “Ona bir şey yedirin – o, gəzən skeletdir”, “Ona başqa saç düzümü lazımdır”, – deyə istifadəçilər bildirib.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir