Cəmiyyət

Sumqayıtda evində kamera quraşdırmaq istəyən kişi yıxılaraq ölüb

Sharing is caring!


Sumqayıt şəhərində 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə “Qurd dərəsi” yaşayış massivində qeydə alınıb.

1962-ci il təvəllüdlü Seymur Dadaş oğlu Adıgözəlov öz yaşadığı evdə müşahidə kamerası quraşdırmaq üçün ikinci mərtəbəyə çıxıb. Hündürlükdən yıxılan Seymur Adıgözəlov hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir