Dünya

Güneyli fəal həbs cəzasına məhkum edildi – FOTO

Sharing is caring!


Güney Azərbaycanın Əhər şəhərindən olan milli fəal Saleh Molla Abbasi həbs cəzasına məhkum edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə o, 91 gün azadlıqdan məhrum olunub. Cinayət Məhkəməsinin çıxardığı həbs qərarında milli fəalın “ictimai rəyi təhrik etmək üçün yalan məlumatlar yaymaq”da günahlandırıldığı bildirilib.

Xatırladaq ki, milli fəal Saleh Molla Abbasi 2022-ci il oktyabrın 9-da təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Azərbaycanlı fəal noyabrın 9-da 1 milyard 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz həbsxanasından sərbəst buraxılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir