Dünya

Meksikada avtobus qəzaya uğrayıb, 17 nəfər ölüb – FOTO

Sharing is caring!

Meksikanın mərkəzindəki Puebla ştatında avtobus qəzası nəticəsində ən azı 17 nəfər həlak olub.

Avtobus Mərkəzi Amerika, Kolumbiya və Venesueladan olan 45 qeyri-qanuni miqrantı daşıyıb.

Məlumata görə, bilavasitə avtomobil qəzasında 15 nəfər ölüb. Daha 2 nəfər isə xəstəxanada dünyasını dəyişib.

Hazırda mütəxəssislər 13 zərərçəkənə yardım göstərir, onlardan 5-nin vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumatlara görə, avtobus ABŞ-la sərhədi keçmək istəyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir