MARAQLI

İri sinəli xanımlar niyə ləzzət edir?

Sharing is caring!

Kiçik sinəsi olan qadınlar adətən böyük sinəli qadınlara həsəd aparırlar. O cür sinəyə sahib olmaq üçün plastik əməliyyatlardan belə çəkinmirlər. Ancaq demə, böyük sinəli qadınlarda bel yırtığı kimi ciddi sağlamlıq problemləri yarana bilər.

Estetik və plastik cərrahiyyə üzrə mütəxəssislər qadınlarda döşlərin normadan böyük olmasının çox ciddi estetik və sağlamlıq problemi yaratdığını qeyd edirlər. Bir çox qadınlar müxtəlif səbəblərdən sinələrinin böyük olmasından şikayət edirlər. Kökəlmə zamanı və doğuş sonrası bəzi qadınlarda sinələrinin normadan artıq böyüməsi hallarına rast gəlmək olur.

Böyük sinələr bel yırtığına səbəb olur

Sinə böyüklüyü boyun, qol, baş, bel ağrıları, boyun və bel yırtığı, hətta yay aylarında sinə altında bişməcələr və səpmələr yaradır. Buna görə də böyük döşlü qadınlar mütləq müalicə olunmalıdır. Əgər müalicə olmazsa, bu hal qadınlarda qozbellik, bel ağrıları və bel yırtığı kimi ciddi problemlərə yola aça bilər.

Bununla yanaşı, böyük sinələr qadınların həyatının bütün sahələrinə təsir edir. Onları görünüş baxımından narahat edir və psixoloji cəhətdən mənfi təsir göstərir.

Plastik cərrahiyyə müdaxiləsiylə sinələr yenidən həm normal böyüklüyünə, həm də normal halına qaytarılır. Cərrahiyyə sayəsində qadının sinəsi boyu və kilosuna uyğun ideal ölçüyə salınır. Bu da qadını həm sağlamlıq, həm də psixoloji və estetik cəhətdən rahatladır. Əməliyyat 1-2 saat müddətində narkozla həyata keçirilir və əməliyyat sonrası qadınlarda özgüvən artır. Qadınlar əməliyyatdan 7 gün sonra normal həyatlarına qayıda və yenə həmişəki kimi körpələrini əmizdirə bilərlər.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir