Cəmiyyət

Hacıqabulda avtomobil qəzası zamanı altı nəfər yaralanıb

Sharing is caring!


Hacıqabulda baş verən qəzada altı nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə Hacıqabul rayonunun Udulu kəndi ərazisində qeydə alınıb.

“Mercedes” markalı avtomobillə VAZ 2106 markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər rayon sakini müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Onların orta ağır və yüngül xəsarətlər aldığı bildirilir. Bəzilərinə ambulator yardım göstərilib, bəziləri isə palatalara yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir