MARAQLI

“Threads” proqramının ilk yenilənməsi olub – SİYAHI

Sharing is caring!


“Meta” tərəfindən hazırlanmış, “Twitter”ə alternativ olaraq yaradılmış “Threads” proqramının ilk yenilənməsi reallaşıb.

Bu barədə sosial şəbəkənin tərtibatçılardan biri Kemeron Rot xəbər verib.

O, tətbiqin gələcək əsas xüsusiyyətlərin siyahısını paylaşıb.

Belə ki, “Threads” lentə və digər funksiyalara “Abunəliklər” nişanı əlavə edib. Bunun sayəsində şəxsin abunə olduğu hesablardan yazıları görmək daha asan olacaq.

Bundan əlavə, yeniləmə paylaşımların digər dillərə daxili tərcüməsini təmin edəcək.

Həmçinin istifadəçinin izləmədiyi hesablar üçün bildirişləri aktivləşdirmək və “Instagram”da izləyicilərin siyahısına baxmaq mümkün olacaq, lent axını təkmilləşdirilir və səhvləri düzəltmə funksiyası əlavə ediləcək.

Bu dəyişikliklərin bəziləri hələ həyata keçirilməyib. Bu, o deməkdir ki, onlar “Threads” yeniləməsini quraşdırdığı vaxt deyil, bir müddət sonra da görünə bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir