Dünya

Rusiyada benzindaşıyan maşın partlayıb: Bir nəfər həlak olub – FOTO

Sharing is caring!

Rusiyanın Ramenskoye şəhərində güclü partlayış olub.

Hadisə benzindaşıyan maşın yanacaq boşaldarkən baş verib.

Yük maşınlarına xidmət göstərən servisin yaxınlığında olan hadisə yerində hazırda partlayış səsləri eşidilir.

İlkin məlumata görə, insident nəticəsində bir nəfər ölüb, partlayış dalğası onu alovun içinə atıb. Daha iki nəfər yaralanıb.

Yanğının sahəsi təxminən 600 kvadratmetr ərazini əhatə edib.

Mənbə: Mash

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir