İdman

Azərbaycan cüdoçuları bu il qazanılan medallarla dünya üzrə yeddinci yeri tutublar

Sharing is caring!


Azərbaycan cüdoçuları 2023-cü ildə beynəlxalq yarışlarda qazanılan medal sıralamasında dünya üzrə yeddinci yeri tutublar.

Böyüklər, gənclər, yeniyetmələr və veteranlar il ərzində ümumilikdə 207 medal əldə ediblər.

Bunun 64-ü qızıl, 47-si gümüş, 96-sı bürünc olub. Dünyanın yalnız altı ölkəsinin cüdoçuları bu baxımdan Azərbaycanı qabaqlaya biliblər. Bunlar Fransa, Braziliya, İtaliya, Yaponiya, Qazaxıstan və Almaniyadır.

Medal sıralamasında birinci yeri 132 qızıl, 129 gümüş, 222 bürünc medalla Fransa tutub.

İlk 10-luq aşağıdakı kimidir:

1. Fransa – 132 qızıl / 129 gümüş / 222 bürünc

2. Braziliya – 123 / 94 / 159

3. İtaliya – 78 / 82 / 131

4. Yaponiya – 74 / 36 / 39

5. Qazaxıstan – 71 / 86 / 167

6. Almaniya – 67 / 67 / 123

7. Azərbaycan – 64 / 47 / 96

8. Özbəkistan – 63 / 60 / 110

9. Kanada – 63 / 52 / 83

10. Cənubi Koreya – 62 / 46 / 76

Qeyd edək ki, sıralama qızıl medalların sayına əsasən müəyyən edilib.

Mənbə: judobase.ijf.org

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir