Dünya

Soçi meşəsində naməlum nəhəng metal toplar tapılıb: Haradan peyda olduğu araşdırılır – FOTO

Sharing is caring!

Rusiyanın Krasnodar vilayətinin Soçi düşərgəsi ərazisində iri metal toplar tapılıb.

Düşərgənin “Hosta Rica” və “Şeytan Qapısı” turist bazaları yaxınlığındakı meşədə yerli sakinlər tərəfindən aşkarlanan topların haradan peyda olduğu araşdırılır.

Onların naməlum yerli heykəltəraş tərəfindən quraşdırıldığı da ehtimal olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə mətbuat xidmətindən məlumat verilib.

Polis onların heç bir təhlükə yaratmadığını bildirib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bunların kosmik gəmilər üçün yanacaq çənləri ola biləcəyi də irəli sürülüb.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir