Cəmiyyət

“Facebook” Azərbaycan bayrağı nişanını Ermənistanınkı ilə əvəzlədi – RƏSMİ AÇIQLAMA

Sharing is caring!


“Facebook” sosial şəbəkəsində paylaşımların tərcüməsi zamanı Azərbaycan bayrağını əks etdirən nişan Ermənistan bayrağı ilə əvəz edilir.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məsələ barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə əlaqə saxladıq.

Xidmətin nümayəndəsi Ləman Hüseynzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “Facebook” sosial şəbəkəsində paylaşımlarda Azərbaycan bayrağı ilə əlaqədar yaranmış neqativ halın aradan qaldırılması məqsədilə ETX sosial şəbəkənin inzibatçısı “Meta Platforms, Inc.” şirkətinə müraciət ünvanlayıb:

“Elektron Təhlükəsizlik Xidməti tərəfindən edilmiş müraciət nəticəsində yaranmış neqativ hal aradan qaldırılıb”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir