İqtisadiyyat

Biləcəri qəsəbəsində kommunal tarifləri kim tənzimləyir?

Sharing is caring!


Binəqədi rayonunun Biləcəri qəsəbəsində vətəndaşlardan toplanan zibil pulu kəskin artırılıb.

Bu barədə “Trend”ə Biləcəri sakinləri məlumat veriblər.

Sakinlər bildirirlər ki, Biləcəri bələdiyyəsi tərəfindən toplanan zibil pulu bu aydan artırılıb. Belə ki, əvvəl hər evə görə üç manat alınırdısa, indi beş manat tələb olunur.

Qiymət artımı qərarının kim tərəfindən qəbul edildiyi və hansı səbəblərə görə dəyişdirildiyi barədə isə sakinlərə heç bir məlumat verilməyib.

Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edilsə də, təəssüf ki, nə Biləcəri bələdiyyəsində, nə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində zənglərə cavab verən oldu.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir