MARAQLI

Şahzadə kral ailəsi qarşısında şərt irəli sürdü

Sharing is caring!


Şahzadə Harri və Meqan Markl Böyük Britaniyanın yeni kralı III Çarlzın tacqoyma mərasimində iştirak etməyəcəklər.

Bu barədə kral ailəsinin bioqrafı Anjela Levin xəbər verib.

Levinin sözlərinə görə, buna səbəb Bukingem sarayının Sasseks hersoqlarının övladları – şahzadə Arçi və şahzadə Lillibeti tədbirə çağırmaqdan imtina etməsi olub.

Bundan başqa Harri və Meqan protokola əsasən, yalnız kral ailəsinin indiki üzvlərinin ola biləcəyi eyvanda yer istəyiblər və orada ad günü tacqoyma gününə düşən şahzadə Arçiyə “Happy Birthday” mahnısını oxumağa icazə verilməsini xahiş ediblər.

“Tələblərin heç biri yerinə yetirilməyib, buna görə də onlar tədbirdə iştirak etməyəcəklər”, – deyə Levin bildirib.

Qeyd edək ki, III Çarlzın tacqoyma mərasimi mayın 6-da keçiriləcək.

Mənbə: İzavestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir