Dünya

Denisova Ukrayna Ombudsmanı vəzifəsindən azad edilib

Sharing is caring!

Ali Rada Lyudmila Denisovanın Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsindən istefasına səs verib. Qərar 234 xalq deputatı tərəfindən dəstəklənib.

Qeyd edək ki, Denisova bu vəzifəni 2018-ci il martın 15-dən icra edir. Bundan əvvəl o, Yuliya Timoşenko (2007-2010) və Arseni Yatsenyuk (2014) hökumətlərində sosial siyasət naziri olub.

2022-ci il aprelin 27-də keçmiş uşaq ombudsmanı  Nikolay Kuleba Denisovanı Xersonda 58 uşağın harada gizləndiyi barədə məlumatı işğalçılara verməkdə ittiham edib, İddiaya görə bundan sonra rusiyalı hərbçilər onları Krıma aparıb.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir