Cəmiyyət

Sabirabadda iki avtomobil toqquşub, sürücülər xəsarət alıblar

Sharing is caring!


Sabirabadda iki avtomobil toqquşub, sürücülər xəsarət alıblar.

“Report”un məlumatına görə, hadisə rayonun Həşimxanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Bulduq kənd sakini, 1985-ci il təvəllüdlü İmanov Ruhul Sahil oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən rayonun Həşimxanlı kənd sakini, 1994-cü il təvəllüdlü Cabbarlı Kamran Qafar oğlunin idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə toqquşub.

Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Sabirabad Rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir