MARAQLI

İlk dəfə atlar üçün idman ayaqqabısı hazırlandı – FOTO

Sharing is caring!

Amerikalı dizayner ilk at ayaqqabısı markasını təqdim edib.

Markus Floyd atlar üçün idman ayaqqabılarının yaradılması üzrə ixtisaslaşacaq özəl “Horse Kicks” brendinin istifadəyə verildiyini elan edib.

Qeyd edək ki, ayaqqabıların forması atın dırnaqlarına uyğunlaşdırılıb. Yeni nallar ilk dəfə 4 və 5 noyabrda Kentukkidə keçiriləcək “Breeders’ Cup” at yarışında sınaqdan keçiriləcək.

Markanın at sahiblərindən xüsusi sifarişlər alacağı bildirilir. “Nal-ayaqqabı”nın qiyməti həmişəkindən xeyli baha olacaq. Bir atın ayağına taxmaq üçün isə təxminən 1200 dollar xərcləməli olacaqlar.

Mənbə: New York Post

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir