Dünya

İranda partlayış oldu: Ölənlər var – FOTO

Sharing is caring!


İranın Xuzistan əyalətində partlayış olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Qeyd olunub ki, hadisə ilə bağlı açıqlama verən Xuzistan Təcili Tibbi Yardım Təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Şərhani partlayışın sözügedən əyalətin Bağməlik şəhərinin Laləb kəndində səhər saat 06:30 radələrində baş verdiyini və nəticədə altı nəfərin öldüyünü bildirib.

Onun sözlərinə görə, hadisəyə qaz balonunun partlaması səbəb olub. O, ölənlərdən birinin 50 yaşlı qadın, qalanlarınin isə kişi olduqlarını qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir