Maqazin

Lalə Azərtaş qalmaqallı çıxışına “sarkazm” dedi – Video

Bir neçə gündür ki, “Xəzər” TV-nin tanınmış siması Lalə Azərtaşın Azərbaycanda təbii qazın qiymətlərinin qalxması ilə bağlı şərhi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“XəbərAl.az” xəbər verir ki, o, çıxışında bildirib ki, bu qaz bir az cibimizi yandıracaq:

“Günahkar bəllidir. Bu, koronavirusdur. Son bir ildə bütün dünya bazarlarında ərzaq məhsulları davamlı şəkildə artdı. İndi soruşuram: qazın qiyməti niyə artmasın? Qoyun, artsın. Hələ qazın gecə və gündüz tarifi də müəyyən edilsin. Yaydır, qaz ən çox mürəbbə bişirməyə gedir. Bunları gecə edərsiniz ki, ağzınız kimi, cibiniz də dada gəlsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir