Dünya

Lukaşenko Ukrayna ilə sərhədi tamamilə bağlamağı tapşırdı

Sharing is caring!

Belarus Prezidenti Aleksandr Lukaşenko sərhəd qoşunlarına Ukrayna ilə sərhədi tamamilə bağlamağı tapşırıb.

“XəbərAl.az” TASS-a istinadən xəbər verir ki, Lukaşenko bu tapşırığı Ukrayna ərazisindən ölkəyə xeyli sayda silah-surat keçirildiyinə görə verdiyini deyib.

“Ukraynadan Belarusa çox sayda silah gəlir. Buna görə sərhəd qoşunlarına tapşırdım ki, Ukrayna ilə sərhədi tamamilə bağlasınlar”, – deyə Lukaşenko qeyd edib.

Onun sözlərinə görə, ölkədə Almaniya, Ukrayna, ABŞ, Polşa və Litvanın əli olan passiv terror hücrələri aşkar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir