manset Sosial

Bakıda aptekdən tramadol və marqanes GÖTÜRÜLDÜ

Daxil olmuş məlumat əsasında Şabran RP-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini E.Məmmədovdan 30 ədəd tramadol həbi götürülüb.

XeberAl.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, araşdırmalarla E.Məmmədovun həbləri paytaxt ərazisindəki apteklərin birindən satın alması müəyyən edilib.

Həmin aptekə baxış zamanı oradan 280 ədəd tramadol həbi və 42 ədəd xırda sellofan bükümündə marqanes aşkar edilərək götürülüb.