Xüsusi karantin rejimində evdən çıxmayan vətəndaşlar kommunal xidmətlərdən daha çox istifadə edir. Belə olan halda, vətəndaşların bu istiqamətdə xərcləri artır. Bəs bu günlərdə borca görə, vətəndaşın qazı, suyu və işığı kəsilə bilərmi? Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyir ki, COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər çərçivəsində bu günlərdə borca görə heç kimin suyu kəsilə bilməz.
Xəbəral.az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.
“Şəhidlər bizim qürur mənbəyimizdir”. Bunu şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev deyib: “Atamın son yazışmalarını oxuyurdum. Yazmışdı ki, kaş Qarabağı azad görəydik. Atam ən çox Şuşanı görmək istəyirdi. Şuşa alındı, Qarabağ alındı, onun arzusu yerinə yetdi. Zabit və əsgərlərimiz onun qisasını aldı”.
Paytaxtın problemləri bitib-tükənməyən Yasamal rayonu yenə də şikayətçilərin sayına görə ilk yerlərdədir Xəbəral.az xəbər verir ki, Sosial-iqtisadi problemlər girdabında boğulan rayonun rəhbərliyi qarşıya qoyulan vəzifələri nəinki həll edə bilmir, əksinə vəziyyət gündən-günə qəlizləşir. Elə düşünməyin ki, Yasamalın ən böyük problemi işsizlik, yolsuzluq, antisanitariya, qanunsuz tikililər, torpaq alveri və digərləridir. Əsla yox ! Yasamalın ən böyük […]
ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçılar Demokratlar Partiyasından olan prezident Co Baydenlə bağlı ilk araşdırmaya başlayıblar. Bu barədə cümə axşamı keçirilən mətbuat konfransında konqresmen Ceyms Komer məlumat verib. “Söhbət ABŞ prezidenti Co Baydenin fəaliyyətilə bağlı təhqiqatdan gedir. Həm də onun nə üçün bəzi məsələlər barədə məlumatlı olması və ailəsinin beynəlxalq biznes sxemlərində iştirakı barədə amerika xalqına […]