Cəmiyyət manset

Suraxanı İH qazinin hasarını niyə sökdü? – Foto

Sharing is caring!

Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) aprelin 21-də Yutub kanalında rayon ərazisində vətəndaş Hüseynbala Əlipaşa oğlu Abbasovun “Suraxanı RİH Qarabağ qazisinin tikdiyi hasarı sökdü” haqqında təqdim etdiyi videomaterialla bağlı araşdırma aparıb.

Xəbəral.az xəbər verir ki, RİH-dən Aznyus.az-a Hüseynbala Əlipaşa oğlu Abbasovun həmin ərazini zəbt etdiyi bildirilib.

“Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində, Heydər Əliyev prospektində yerləşən dekorativ divarın yaxınlığında, yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağında, dövlət mülkiyyətində və vətəndaşların ümumi istifadəsində olan torpaq sahəsi Hüseynbala Abbasov tərəfindən zəbt olunub və həmin torpaq sahəsində özbaşına tikinti işləri aparılıb. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.3.4. bəndinə əsasən bu cəhdin qarşısı alınıb, həmçinin “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3. bəndinin tələblərinə əsasən həmin işlərin dayandırılması vətəndaş H.Abbasova tövsiyə edilib”, – İcra Hakimiyyətindən bildirilib.

RİH-dən həmçinin qeyd edilib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaş Hüseynbala Əlipaşa oğlu Abbasov avtomobil və 2019-cu ildə Abşeron rayonu, Məhəmmədi qəsəbəsində ikiotaqlı mənzillə təmin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir