Mədəniyyət

Nazir müavini: “İqlim dəyişmələri Qobustan qayaüstü rəsmlərinə mənfi təsir edib” – FOTO

Sharing is caring!




“COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə bağlı qərar beynəlxalq ictimaiyyətin Azərbaycana böyük etimadının göstəricisidir”.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O xatırladıb ki, 2024-cü il həm də Prezident tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib:

Nazir müavini qeyd edib ki, Azərbaycan iqlim dəyişmələrinə töhfə verməyə hazırdır:

“Azərbaycandakı mədəni irs nümunələri də iqlim dəyişmələrindən sığortalanmayıb. İqlim dəyişmələri Qobustan qayaüstü rəsmlərinə də mənfi təsir edib. İqlim dəyişmələri memarlıq nümunələrindən də yan keçmir. Bu gün Xəzərdə suyun səviyyəsinin, Kür, Araz çayında sululuğun azalması müşahidə edilir. Qeyd etmək lazımdır ki, iqlim dəyişmələri torpağın eroziyasını da sürətləndirir. Buzlaqların əriməsi, sel hadisələrinin sayının artması müşahidə edilir”, – deyə o əlavə edib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir