Mədəniyyət

“Dolu”nun Qarabağa qaytardığı ruh: Torpaq davası edirik, arvad davası yox – VİDEO

Sharing is caring!


“Dolu” filmi Qarabağ savaşına və bu savaşda son damla qanınadək vuruşanlara həsr olunub. Rejissor Elxan Cəfərov filmi Aqil Abbasın “Dolu” romanının motivləri əsasında çəkib.

“Dolu” filmində hadisələr 1991-ci ilin yayında baş verir. Həmin illərdə yenicə müstəqil olmuş Azərbaycanın vahid nizamlı ordusu yox idi. Filmdə bu məsələ xüsusi qabardılır.

Filmin əsas qəhrəmanlarından olan Drakon və Pələng Vətən uğrunda hər an canından keçməyə hazır olan döyüşkən Azərbaycan əsgərinin ümumiləşdirilmiş obrazı olsa da, Drakonu daha çox Allahverdi Bağırovun prototipi hesab edirlər.

Filmdə əsas mənfi qəhrəman İnterpol tərəfindən axtarışda olan erməni terrorist Levondur. O, öz əsgərlərinə azərbaycanlıların birini də sağ buraxmamağı tapşırır.

Əsgərlərdən biri Levonun yerini öyrənmək üçün erməni qadını əsir götürür. Lakin Drakonun “biz torpaq davası edirik, arvad davası yox” sözündən sonra qadını buraxırlar.

Filmin çəkilişləri zamanı real hərbi qüvvələrdən və sursatlardan istifadə olunub.

Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin araşdırmasında:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir