İdman

Bundesliqa lideri məğlubiyyətsizlik seriyasını davam etdirdi, “Leypziq” doğma meydanda uduzdu – VİDEO

Sharing is caring!


Almaniya Bundesliqasında 17-ci turun oyunları keçirilir.

Lider “Bayer Leverkuzen” “Auqsburq”la səfər matçında 90+4-cü dəqiqədə vurduğu qolla minimal hesablı qələbəni təmin edib və xallarının sayını 45-ə çatdırıb. Klub hələ ki, cari çempionatda məğlub olmayıb. Onun ən yaxın izləyici “Bavariya”nın aktivində 41 xal və əlavə oyun var.

Turnirdə 4 və 5-ci yerləri tutan “Leypziq” və “Ayntraxt” qarşılaşmasında da eyni hesabla qonaqlar qalib gəliblər – 0:1. Komandalar müvafiq olaraq 33 və 27 xala malikdirlər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir