Mədəniyyət

Azərbaycan incəsənət ustaları Tbilisidə keçirilən Barokko festivalında iştirak ediblər – FOTO

Sharing is caring!


Azərbaycan incəsənət ustaları Tbilisidə keçirilən Barokko festivalında iştirak ediblər.

“Report” xəbər verir ki, Əməkdar artist Əyyub Quliyev festival çərçivəsində Şota Rustaveli adına Tbilisi Dövlət Dram Teatrının kiçik zalında keçirilən konsertdə Gürcüstan Dövlət Kamera Orkestrinə dirijorluq edib.

Konsertdə Azərbaycanın əməkdar artistləri İlham Nəzərov və Fəridə Məmmədova da çıxış ediblər. Onlar dünya bəstəkarlarının mahnılarını ifa ediblər. Azərbaycan musiqiçilərinin çıxışları alqışlarla qarşılanıb.

Musiqişünas, skiripka ifaçısı Mariam Xaritonaşvili deyib ki, festival çərçivəsində təşkil olunmuş konsertdə Azərbaycanın opera müğənnilərinin iştirakı çox mühüm və sevindirici hadisədir: “Biz qardaş və dost ölkələrik. Tbilisidə təşkil olunan konsert və festivallarda azərbaycanlı incəsənət ustalarının çıxışları artıq ənənəvi hal alıb. Bu, bizim mədəni əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir. Düşünürəm ki, Tbilisidə azərbaycanlı, Azərbaycanda isə gürcü müğənnilərin iştirakı ilə konsertlərin təşkili bizim dostluğumuzu daha da möhkəmləndirir və inkişaf etdirir”.

Azərbaycanın əməkdar artisti İlham Nəzərov isə açıqlamasında bildirib ki, bu cür beynəlxalq tədbirlər mədəni əlaqələrin inkişafında mühüm rol oynayır.

Əməkdar artist Fəridə Məmmədova isə gənclik illərinin Tbilisidə keçdiyini, məşhur musiqiçi Nodar Quadzedən vokal dərsləri aldığını vurğulayıb.

Konserti azərbaycanlı və gürcü musiqisevərlər, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, diplomatik korpusun nümayəndələri izləyiblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir