Siyasət

Parisdə Cənubi Qafqazda sülh perspektivlərinə həsr edilmiş konfrans keçirilib – FOTO

Sharing is caring!


Parisdə Cənubi Qafqazda sülh perspektivlərinə həsr edilmiş konfrans keçirilib

Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə “Cənubi Qafqazda sülh perspektivləri: Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlardan üç il sonra çağırışlar və imkanlar” adlı konfrans keçirilib.

Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X” səhifəsində paylaşım edib.

Tədbirdə Fransa ilə münasibətlərə toxunulub, ikitərəfli əməkdaşlığın perspektivləri diqqətə çatdırılıb. Azərbaycanla bağlı, eləcə də regiondakı həqiqətlərin fransız ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən söz açılıb, davamlı sülhün bərpasının vacibliyi vurğulanıb.

L.Abdullayeva Azərbaycanın rəsmi mövqeyindən, Ermənistanla münasibətlərin normallaşması, eləcə də bölgədə sülh quruculuğu istiqamətində görülən işlərdən, azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma prosesindən danışıb, regionun gələcəyi ilə bağlı ölkəmizin baxışlarını bölüşüb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir