Kriminal

Astarada 60 yaşlı qadını yük avtomobili vurub – FOTO

Sharing is caring!


Astara rayonunda 60 yaşlı qadını yük avtomobili vurub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 19-da saat 10 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Ramil Məmmədov idarə etdiyi DAF markalı yük avtomobili ilə 1964-cü il təvəllüdlü, Ərçivan qəsəbə sakini Xatun Hüseynovanı vurub.

X.Hüseynova aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir