Mədəniyyət

“Nine Senses”in akademik direktoru: “Məkanımız bədəni və ruhu birləşdirir”

Sharing is caring!


“Məkanımız bədəni və ruhu birləşdirir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində “Nine Senses Fest” beynəlxalq festivalı ərəfəsində KİV nümayəndələri ilə görüş zamanı mərkəzin akademik direktoru və festivalın kuratoru Natalya Jukova deyib.

Onun sözlərinə görə, məkanın adı təsadüfən seçilməyib:

“Məkanın adı doqquz duyğu kimi tərcümə olunur. Bu ad təsadüfən yaradılmadı. Bizim ümumilikdə altı hissimiz var. Həyata reaksiyamız altı hiss üzərindədir. Lakin bu hisslərdən əlavə, intuisiya, tarazlıq və istilik hissi də var. Bu səbəbdən ad “Doqquz duyğu” qoyuldu. Mərkəzimiz insanın içərisində olan bütün hissləri kəşf edib, açır. Bizim məkanımız sırf bu üslubda tikilib. Bədəni və ruhu birləşdirir”.

N.Jukova binanın layihəsindən söz açıb:

“Bina dairəvi formadadır. Sanki spiraldır. İçəridən baxsaq, divarlar bir tərəfə, yuxarıdan baxsaq, digər tərəfə istiqamətlənib. Bu onun simvoludur ki, insan daxilindən dünyaya çıxır və özünü kəşf edir. Ya da əksinə, dünyadan özünə biliklər toplayır”.

Akademik direktor mandalalardan da bəhs edib:

“Mandala həm kainat, həm Günəş, həm də dairə simvolu sayılır. Elə mandala var ki, ona baxanda içəri gedirsiniz və ya əksi olur. Fərqini hiss etmək mümkündür.

Bundan əlavə, mandala dairəvi həyat simvoludur. Müxtəlif ölkələrin mədəniyyətlərində fərqli şəkildə əks olunurdu. Hər mandala xüsusidir. Hər mandala üçün xüsusi musiqi və iy seçilib. Hər mandalanı öz musiqisi və ətri ilə hiss etmək mümkündür”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir