Dünya

Hindistan və ABŞ Alyaskada hərbi təlimlərə başlayıb

Sharing is caring!


Hindistan və ABŞ hərbçiləri Alyaskada iki həftə davam edəcək hərbi təlimlərə başlayıblar.

Hindistan Müdafiə Nazirliyinin mətbuata verdiyi məlumata görə, təlimlər Nyu-Delhi və Vaşinqton arasında, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığın intensivləşdirilməsi çərçivəsində baş tutacaq.

Məlumata görə, Hindistan hərbçilərindən ibarət 350 nəfərlik kontingent Alyaskada ABŞ ordusunun yerləşdiyi Fort Ueynrayt rayonundakı hərbi bazaya gəlib.

“Hər iki tərəf BMT-nin sülhməramlı əməliyyatları zamanı qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq üçün bir sıra taktiki təlimlər keçirəcək”, – deyə Hindistan Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir