Cəmiyyət

Antiterror tədbirlərində yaralanan hərbçimizin anası: “Oğlum “Xankəndidə çay içəcəyəm” deyir” – FOTO

Sharing is caring!


Qarabağda gedən antiterror tədbirləri zamanı müddətdən artıq xidmət edən Vüqar Məmmədzadə yaralanıb. Yaralı hərbçimiz sentyabrın 19-da başlanan antiterror tədbirlərində kəşfiyyatçı-xüsusi təyinatlı kimi döyüşə atılıb.

Bizim.media-ya danışan anası Ruhiyyə Məmmədova oğlunun Vətən sevgisi ilə yaşadığını deyir:

“Şükürlər olsun ki, oğlum sağ-salamatdır. Özü ilə danışdım, bir qədər yuxulu idi. Deyir, tez sağalıb, xidməti vəzifəmə qayıtmaq istəyirəm. Vüqar Vətən aşiqidir. Hər dəfə onu soruşanlara zarafatla deyirdim ki, o biri anasının (Vətən) yanındadır. Hər dəfə “ay bala, nə vaxt evlənəcəksən” deyirəm. Cavab verir ki, “evlənmək vacib deyil, əsas Vətəni qorumaqdır”. 

Ana Vüqar Məmmədzadənin 2020-ci ildə 44 günlük Vətən müharibəsində də iştirak etdiyini bildirib:

“İki oğlum var. Böyük oğlum Vüsal 44 günlük Vətən müharibəsində kəşfiyyatçı idi. O da yaralanmışdı.  Hazırda səhhəti ilə bağlı işləyə bilmir. Vüqar antiterror tədbirləri başlamamış deyirmiş ki, Xankəndiyə gedib çay içəcək. İndi də o arzu ilə sağalmağa çalışır”.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Vüqar Nəsimi oğlu Məmmədzadə Beyləqanın Kəbirli kəndində doğulub.

Vüqar Məmmədzadə 24-30 mart 2023-cü il tarixlərində komandirin tapşırıqlarını yerinə yetirərkən fərqləndiyinə görə təltif edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir