Mədəniyyət

Balet artisti: “Azərbaycanda oğlan kadrlar çatışmır”

Sharing is caring!


“Azərbaycanda xoreoqrafiya sənətinin problemlərindən biri də oğlan kadrların çatışmazlığıdır”.

APA xəbər verir ki, bunu Musiqi Forumunun “Xoreoqrafiya sənəti: milli rəqs, balet, müasir rəqs formaları” panelində çıxış edən balet artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini, Əməkdar artist Fərid İbrahimov deyib.

O bildirib ki, oğlanların hərbi xidmətdən sonra sənətə qayıtması nadir hallarda olur:

“Çünki oğlanlar hərbi xidmətdən sonra professional formaya qayıda bilmirlər. Bunun həlli yollarından biri isə budur ki, rəqqas və balet artistləri hərbi xidməti hərbi rəqs ansambllarında keçirsinlər. Ordunun ruh yüksəkliyinin qaldırılması, hərbi hissələrdə tamaşalar, teatr fəaliyyətində onların kənarda qalmamalarını təmin etməklə buna nail ola bilərik. Digər həll yolu isə qardaş ölkə Türkiyədə olduğu kimi, ödənişli hərbi xidmətin yaradılması ola bilər”.

“Hər bir rəqqas hərbi xidmət əsaslarını bilməli və təlimlər keçməlidir”, – deyə o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir