Mədəniyyət

Qərbi Azərbaycan Xronikası: Vedibasar xalçasının digər xalçalardan fərqi – VİDEO

Sharing is caring!


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış teleaparıcı Elçin Əlibəylinin təqdimatında “Qərbi Azərbaycan ilmələri” adlı veriliş efirə gedib.

Veriliş Vedibasar mahalının sənətkarlıq nümunələrinə həsr olunub.

Ekran işində qədim mədəniyyəti olan Vedibasarın tarixindən geniş söhbət açılır. Bildirilir ki, bu mahal öz coğrafi mövqeyinə görə çox əlverişli ərazidə yerləşirdi. Elə buna görə də həmişə düşmən hədəfində olub. Vedibasarın tarixində sərkərdələrin və döyüşlərin izləri öz əksini tapıb.

Həmçinin vurğulanır ki, Vedibasar mahalının Şirazlı kəndi hər zaman tarixi döyüşlərin mərkəzinə çevrilib. 1918-ci ildə də erməni millətçiləri Vedibasarla bağlı məkrli planlarını həyata keçirərək burada, sözün əsl mənasında, qanlı döyüşlər, soyqırımıları törədiblər.

Verilişdə deyilir ki, Vedibasar xalçalarının rəng palitrasındakı fərqlilik, eyni zamanda naxış kompoziyasındakı özünəməxsusluq böyük türk dünyasının və əhatə etdiyi ərazilərin özündə daşıdığı yaddaşın əsas ifadə forması idi:

“Xalçalardakı elementlərin hər birində gizli kodlar, məqsədlər və məramlar var. Onların hər birində arzu, istək, xoş niyyət var. Elə Azərbaycan türklərinin məişətində, mədəniyyətində də xoş niyyət əsas mesajlardan biri olub”.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir