İdman

“Neftçi”nin baş məşqçisi: “Burada hər kəs nəticə gözləyir”

Sharing is caring!


“Burada hər kəs nəticə gözləyir”.

Bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.

Rumıniyalı mütəxəssis hazırda komandada vəziyyətin ürəyincə olduğunu bildirib:

“Bir aydır, məğlubiyyətsiz irəliləyirik, komanda daha yaxşıdır. Azərbaycanın ən böyük klublarından biri olan “Neftçi”də həmişə təzyiq var”.

O, adının Rumıniyanın ÇFR klubu ilə birgə hallanmasına da münasibət bildirib. Mutu gələcəkdə Rumıniyada çalışmaq arzusunu gizlətməyib:

“Mənimlə heç kim əlaqə saxlamayıb. Uzun illərdir adım ÇFR ilə birgə hallanır. Gerçək olmayan mövzu haqqında danışmağa ehtiyac yoxdur. Məni indi yalnız “Neftçi” maraqlandırır. Bütün diqqətimi tam şəkildə komandama yönəltmişəm. Gələcəklə bağlı indidən nəsə demək düz olmaz. Həmişə demişəm ki, Rumıniyada çalışmağı xoşlayıram”.

“Neftçi”nin baş məşqçisi Azərbaycan Premyer Liqasının XVII turunda “Qarabağ”a qarşı keçiriləcək matça da toxunub:

“Onlarla oyunlar son 10 ildə ənənə halını alan derbidir. “Qarabağ” 10-15 ildir, çox inkişaf edib. Bizi çox çətin oyun gözləyir. “Qarabağ” yaxşı komandadır, bunu Avropa Liqasının qrup mərhələsindəki nəticələrlə sübut edib. Çempionlar Liqasında da mübarizə aparıblar, yüksək keyfiyyətə malikdirlər. İndi isə Avropa baharı üçün yarışırlar”.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu dekabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. “Ağ-qaralar” hazırda 25 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıblar.

Mənbə: Gazeta Sporturilor

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir