İdman

“Qarabağ” Avstriya toplanışını qələbə ilə başa vurub – VİDEO

Sharing is caring!


Avstriyada təlim-məşq toplanışını başa vuran “Qarabağ” sonuncu yoxlama oyununu keçirib.

Oxu.Az-ın məlumatına görə, “köhlən atlar” Bolqarıstan təmsilçisi MOİK-lə üz-üzə gəlib.

“Vörgl” stadionunda oynanılan qarşılaşma Ağdam klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 42-ci dəqiqədə Redon Cica vurub.

Qeyd edək ki, “Qarabağ” Avstriyadakı ilk görüşündə Macarıstan “Ferentsvaroş”u ilə heç-heçə edib – 3:3. Son ölkə çempionu ikinci matçında isə Polşa “Legiya”sına uduzub – 0:2.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir