Mədəniyyət

Afaq Bəşirqızı: “Aktyorların maaşına baxılsın”

Sharing is caring!


“Hazırda aktyorların dəfn mərasimi böyük problemdir”.

Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr forumunda Xalq artisti Afaq Bəşirqızı bildirib. O qeyd edib ki, aktyorlar üçün əlavə qəbiristanlıq ayrılmalıdır:

“Mən aktyorlara ölüm arzulamıram, amma bu da lazımdır”.

A.Bəşirqızı mədəniyyət sahəsində bədii şuranın olmasın təklif edib:

“Teatrların kateqoriyası məsələsinə diqqət yetirilsin. Aktyorların maaşına baxılsın, onlara evlər tikilsin. Bu sahədə problemlər çoxdur”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir