Dünya

Cənubi Koreyada güclü yanğına müdaxilə edə bilmirlər: Yüzlərlə sakin təxliyə olundu – VİDEO

Sharing is caring!


Cənubi Koreyanın Qanqvon əyalətinin Qanqneunq şəhərində meşə yanğını baş verib.

Güclü külək səbəbindən sürətlə yayılan yanğında riskli bölgələrdəki 300 nəfər təxliyə edilib. Yanğınsöndürənlərin alova nəzarət etmək üçün işlərini davam etdirdiyi, külək səbəbindən yanğına havadan müdaxilənin mümkün olmadığı bildirilir.

170 hektardan çox ərazi yanaraq külə dönüb.

Yanğının səbəbi araşdırılır.

İlkin məlumata görə, alov güclü külək nəticəsində bir ağacın elektrik kabellərinin üzərinə düşməsi səbəbindən başlayıb.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir