Kriminal Manşetüstü

Oğurladığı avtomobillə tələbəni öldürənin məhkəməsi başladı

Sharing is caring!

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Tural Rəsulovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

XeberAl.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 17-nə təyin edilib.

İttihama görə, “Chrysler” markalı avtomobilin sürücüsü Tural Rəsulov Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi, 1999-cu il təvəllüdlü İlkin Şahbazini vurub.

Nəticədə tələbə dünyasını dəyişib.

Tural Rəsulovun maşını Bakı Əyləncə Mərkəzinin qarşısından qaçırdığı bildirilib.

“Chrysler” markalı avtomobilin sahibi isə 23 yaşlı Samir Vəliyevdir.

İstintaq orqanı tərəfindən Tural Rəsulovun barəsində Cinayət Məcəlləsinni 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir