Goranboy rayonunda əri tərəfindən döyülən qadın xəsarət alıb.
XəbərAl.az-ın məlumatına görə, hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb.
Goranboy rayon sakini, 1986-cı il təvəllüdlü qadın baş, boyun və üz nahiyəsindən xəsarətlər alıb.
O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Qadın hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.