Kriminal

Bərdədə maşınıyla qəza törədib ölən şəxs biznesmen imiş – FOTO

Sharing is caring!

Ötən axşam Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində vəfat edən şəxsin sahibkar olduğu məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Qarayusifli kəndində baş verən qəzada sahibkar Cəlil Hacıyev dünyasını dəyişib.

Belə ki, o, 09-AA-055 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobillə  hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, ölən şəxs fermer idi və dəvə təsərrüfatı ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir