Dünya

Rusiyada çovğun: Sürücülərin yolda tərk etdikləri maşınlar dəqiqələr içində qar yığınına çevrildi – VİDEO

Sharing is caring!


Rusiyanın Leninqrad vilayətində hökm sürən “İris” siklonuna görə avtomobil yollarında sürücülər qarın öhdəsindən gələ bilməyiblər və maşınlarını tərk etmək məcburiyyətində qalıblar. Həmçinin qar fırtınası səbəbindən avtomobillər sürətlə qar yığınlarına çevriliblər.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Sürücülər yardıma gələcək xüsusi texnikanın qar yığını altında yoxa çıxan maşınları görməyərək üstündən keçə biləcəklərindən narahatlıqlarını bildiriblər.

Qeyd edək ki, ötən gün axşam saatlarında Rusiyasının şimal regionuna aktiv Atlantik siklonu “İris” daxil olub. O, regionda fırtınalı küləklərə səbəb olub.

Mənbə: RT.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir