Dünya

Kanadada üzündə qorxulu maska olan şəxs insanlara hücum edib

Sharing is caring!


Kanadanın Toronto şəhərində böyük bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində ən azı iki nəfər yaralanıb.

Hadisə metropolisin şimal hissəsində, “Northview Heights” Liseyi ərazisində baş verib. Polisin məlumatına görə, hücum edən şəxs qara geyimdə, ağ əlcəkdə olub. O, kürəyinə ağ çanta alıb və əlində böyük bıçaq tutub. Lakin diqqəti daha çox çəkən həmin şəxsin üzünə taxdığı qorxu filmlərindən birində qəhrəmanın istifadə etdiyi ağ maska olub.

Qeyd edək ki, hazırda insanlara hücumda şübhəli bilinən şəxs axtarışa verilib.

Mənbə: Global News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir