Cəmiyyət

Həkim-infeksionist: “Azərbaycanda qrip virusu yayılmayıb”

Sharing is caring!

“Bu gün üçün ölkədə qrip virusunun yayılması təsdiq olunmayıb”.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin “Instagram” səhifəsində canlı yayımda məlumat verib.

İnfeksionistin sözlərinə görə, bu günə qədər ölkədə kəskin respirator xəstəliyin yayılması təsdiq edilib, qrip təsdiq edilməyib:

“Qrip və koronavirusa yoluxması ehtimal edilən şəxslərdən götürülən test nümunələri yoxlanılıb. Lakin heç bir nümunədə qrip virusu aşkar edilməyib. Xəstələnən şəxslər kəskin respirator virus infeksiyalarına yoluxublar”.

T.Eyvazov onu da əlavə edib ki, bu gün ölkədə koronavirusa yoluxma halında vəziyyət qənaətbəxşdir:

“Hətta yoluxma sayları ikirəqəmlidir. Bu da pandemiyanın başladığı dövrdən bu günə qədər xəstələrin sayında ən aşağı rəqəmdir. Bilirik ki, xəstəliyi yüngül keçirənlər test üçün müraciət etmir. Statistika real olanı göstərməsə də, aktiv xəstə sayı çox deyil. İnsanlar immun sistemlərinə ciddi fikir verməlidirlər ki, xəstəliyə yoluxduqları zaman bunu yüngül keçirsinlər”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir