Kriminal

Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub – VİDEO

Sharing is caring!

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Ximətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, rayon sakini Emil Usubovun sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.Sürücünün  narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə edib, sükan arxasına əyləşdiyi məlum olub.

Polis şöbəsində E.Usubov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, 10 sutka inzibati həbs edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir